ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırır
ABŞ Ukraynaya bütün hərbi yardımları artıq dayandırır.
“TV1” “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Konqresdə çıxış edəcək.
Bildirilir ki, prezidentin Konqresdə Ukrayna ilə bağlı məsələlər haqqında da danışacağı gözlənilir.
Qeyd edək ki, ABŞ prezidenti D.Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə artıq göstəriş verib. O, yardımların yalnız Ukrayna rəhbərliyinin sülhə sadiqliyini nümayiş etdirdiyi təqdirdə bərpa olunacağını deyib.
Xatırladaq ki, Ukraynaya hələlik çatdırılmamış bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarələrdə və gəmilərdə daşınmaqda olan və ya Polşada tranzit məntəqələrində gözləyən silahların tədarükü dayandırılacağı bildirilir.