ABŞ və Rusiyanın Ukrayna ilə bağlı üç mərhələli SÜLH PLANI
Rusiya və ABŞ atəşkəs, Ukraynada seçkilər və daha sonra yekun razılaşmadan ibarət üç mərhələli sülh planı təklif edir.
“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın “Fox News” kanalı məlumat yayıb.
Bildirilir ki, Moskva və Vaşinqton Ukraynada seçkilərin keçirilməsini uğurlu nizamlanma prosesinin əsas şərtlərindən biri hesab edir.