media-1200x100

ABŞ və Türkiyə Suriyada keçid hökuməti formalaşdırmağa razılaşıb

media-ads_728_90

ABŞ və Türkiyə arasında Suriya böhranının həllinə dair razılığa gəlinib.

“TV1” xəbər verir ki,  “The Washington Post“ın məlumatına görə, bu barədə Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Türkiyənin XİN başçısı Hakan Fidanla görüşdən sonra məlumat verib.

O bildirib ki, bu məqsədlə keçid hökuməti formalaşdırılacaq.

Yeni hökumətin fəaliyyət istiqamətlərinə gəlincə, bu, ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.

media-ads_728_90
Paylaş