İstanbulda musiqi zalında atışma: Ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda musiqi zalında atışma baş verib.
“TV1” bu barədə “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, atışma nəticəsində bir polis məmuru və daha iki nəfər həlak olub, iki nəfər isə yaralanıb.
Bildirilir ki, musiqi zalına daxil olan bir nəfər naməlum səbəbdən ətrafa atəş açıb. Bu zaman içəridə olan və iş başında olmayan polis məmuru ona cavab atəşi açıb. Baş verən atışmada həm polis məmuru, həm də atəş açan şəxs ağır yaralanıb.
Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. Həm polis məmurunun, həm də şübhəlinin öldüyü müəyyən edilib.
İnsidentlə bağlı araşdırma davam edir.








