İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir

media-ads_728_90

Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 7 mərtəbəli binanın ilk 3 mərtəbəsi çöküb. Hadisə yerinə AFAD, yanğınsöndürən, polis və təcili tibbi yardım qrupları cəlb olunub.

“TV1”  xəbər verir ki,  Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb. Daha 3 nəfərin axtarışları davam edir.

Dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.

İndiyədək dağıntıların altından 10 nəfər xilas edilib.

media-ads_728_90
Paylaş