Qaradağ rayonunda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

media-ads_728_90

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Əhmədov və X.Hüseynov saxlanılıblar. Onlardan 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-10-08-at-12-04-54

media-ads_728_90
Paylaş