Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

media-ads_728_90

Hindistanın paytaxtı Dehlidə çoxmərtəbəli binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb.

“TV1” “Hindistan Times” qəzetinə istinadla xəbər verir ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Hazırda Yanğından Mühafizə Xidməti və Milli Fəlakətlərə Cavabdeh Qüvvələrin əməkdaşları tərəfindən axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Çökən binanın təxminən 50 il əvvəl tikildiyi bildirilir.

media-ads_728_90
Paylaş