Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bakıda keçirilən cüdo dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.
“TV1” xəbər verir ki, yarışın 5-ci günündə milli üzvləri 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.
Qadınların mübarizəsində Südabə Ağayeva (70 kiloqram) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustantla qarşılaşacaq.
Kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində 1/32 finalda Elcan Hacıyev ABŞ-dən olan Aleksander Knaufu, Süleyman Şükürov norveçli Kornelius Eylertseni, Murad Fətiyev isə 1/6 finalda Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibini sınağa çəkəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 4 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.








