ABŞ-Ukrayna danışıqlarının birinci mərhələsi başa çatıb - YENİLƏNİB

media-ads_728_90

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

13:13 ———————————————————————————————————————————————-

Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

“TV1” xəbər verir ki, görüş Ciddə şəhərində keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edirlər.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts da iştirak edir.

media-ads_728_90
Paylaş