ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib - KİV
ABŞ İsrailin İran və Livana aviazərbələrindən sonra yarana biləcək hərbi eskalasiyanı nəzərə alaraq, Yaxın Şərq regionu, Körfəz və Aralıq dənizi akvatoriyasına ümumilikdə 12 hərbi gəmi göndərib.
“TV1” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilir ki, rəsmi Vaşinqtonun bu addımı İran tərəfinin mümkün intervensiya addımlarına cavab xarakteri daşıyır.
Həmçinin, İsmayıl Haniyə və “Hizbullah”ın Livandakı hərbi qanadının lideri Fuad Şükrün qətlə yetirilməsindən sonra Yaxın Şərqin İsrail-İran müharibəsinin astanasında olduğu göstərilir.