ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan tarixi binada kompleks yenidənqurma işləri aparılıb. Bərpa prosesi zamanı tikilinin orijinal görünüşü tam şəkildə qorunub saxlanılıb.








