media-1200x100-50faiz

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında qarşıdurma yaşanıb - VİDEO 

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.

“TV1” xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.

Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.

“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, – deyə Tramp qeyd edib.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Zelenskinin Tramp və Venslə mübahisəsindən dəhşətə gəlib.

media-ads_728_90
Paylaş