Ağadadaş Ağayevə HÖKM OXUNDU

media-ads_728_90

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən MedEra Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“TV1” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nurəddin Cəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona təyin olunan cəza şərti sayılıb və 2 il sınaq müddəti təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı onun 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayev və MedEra Hospitalın mühafizəçisi Nurəddin Cəlilov arasında mübahisə baş verib. Hər iki şəxs barəsində cinayət işi açılıb.

Sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin MedEra Hospitala, eləcə də xəstəxananın Xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

Xatırladaq ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

 

media-ads_728_90
Paylaş