media-1200x100

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

media-ads_728_90

Bu gündən bütün qruplar üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır.

“TV1” xəbər verir ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 13 min 315, rus bölməsi üzrə 785 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 5890 yer olmaqla, I ixtisas qrupu üzrə ümumilikdə 19 min 990 yer ayrılıb. Bundan 14 min 407 yerə qəbul dövlət sifarişi əsasında aparılır.

I ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə RK altqrupunda ümumilikdə 13 min 15 plan yeri (o cümlədən Azərbaycan bölməsində 9050, rus bölməsində 475, hər iki bölmənin birgə müsabiqəsi üzrə 3490) var. RK altqrupunda dövlət sifarişi əsasında 9007 plan yeri var.

Rİ altqrupu üzrə ümumilikdə 6975 plan yeri (o cümlədən Azərbaycan bölməsində 4265, rus bölməsində 310, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2400) mövcuddur. Rİ altqrupunda dövlət sifarişi əsasında 5400 plan yeri ayrılıb.

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

İqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

media-ads_728_90
Paylaş