media-1200x100-50faiz

Almaniyada avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 2 nəfər ölüb - 25 yaralı var

media-ads_728_90

Almaniyanın Manhaym şəhərində bir avtomobil şəhərin mərkəzindəki piyada zonasına daxil olaraq insanları vurub.

“TV1” BİLD-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 25 nəfər yaralanıb, onlardan 15-i ağır vəziyyətdədir.

Polis hadisəni törədən sürücünü həbs edib və şəhər mərkəzində genişmiqyaslı əməliyyat keçirir. Vətəndaşlara şəhər mərkəzindən uzaq durmaları və ərazini geniş şəkildə keçmələri barədə müraciət edilib.

Hazırda istintaq aparılır və hadisənin səbəbləri araşdırılır. Yerli xəstəxanaların reanimasiya şöbələri fövqəladə vəziyyət rejiminə gətirilib və yaralılara yardım göstərilir.

Qeyd edək ki, bu hadisə son aylarda Almaniyada oxşar hücumların artması fonunda baş verir. Dekabrda Maqdeburqda bir avtomobilin Milad bazarına girməsi nəticəsində altı nəfər həlak olmuş, 300-dən çox insan xəsarət almışdı. Fevralda isə Münxendə bir nəfər avtomonili nümayişçilərin üzərinə sürərək, bir qadın və bir uşağın ölümünə səbəb olmuşdu.

 

 

media-ads_728_90
Paylaş