Almaniyada həkimlər ölkənin miqrant siyasətinə etiraz edirlər
Almaniyada çalışan həkimlər ölkədən miqrantların getməsinə diqqət çəkən qeyri-adi şəkildə etiraz ediblər.
“TV1” xəbər verir ki, həkimlərin etirazını əks etdirən sosial çarx sosial şəbəkələrdə diqqət çəkib.
Klinikada çəkilən görüntülərdə tibb işçiləri miqrantlar əgər Almaniyanı tərk edərsə, həkimlərə və digər tibb işçilərinə çox ehtiyac qalmayacağını xüsusi vurğulayırlar.
Tibb işçiləri hökumətin miqrantlarla bağlı siyasətinə etiraz edərək, bu məsələdə doğru addımların atılmasını tələb edirlər.
Qeyd edək ki, Bundestaq parlamentə miqrasiya qaydalarını sərtləşdirən qanun layihəsi təqdim edib. Almaniyada ölkəyə miqrant axınının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin lehinə 338 deputat, əleyhinə isə 350 deputat səs verib, 5 deputat bitərəf qalıb. Qanun layihəsində ciddi mübahisələrə səbəb olan maddələrdən biri də mühacirlərin ailə üzvlərini də Almaniyaya gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasıdır. Bundan başqa, layihədə miqrantların deportasiya prosesi zamanı polisin səlahiyyətlərinin artırılması da yer alıb.
https://www.facebook.com/reel/1789223265249680