Ana Brnabiç prezident səlahiyyətlərinin icrasına başlayıb
Serbiyanın Milli Assambleyasının spikeri Ana Brnabiç Serbiyanın Prezidenti səlahiyyətlərinin icrasına başlayıb.
“TV1” xəbər verir ki, Bu barədə “Politika” məlumat yayıb.
Sabiq dövlət başçısı Aleksandr Vuçiç prezident səlahiyyətlərini ona təhvil verib. Səlahiyyətlərin təhvil-təslimi Serbiya Prezidentinin Administrasiyasında baş tutub. Burada müvafiq protokol imzalanıb, rəsmi sənədlər, hesabatlar, hədiyyələrlə bağlı qeydlər və respublika prezidentinin möhürü təhvil verilib.
Ana Brnabiç 1975-ci ildə Belqradda anadan olub, Böyük Britaniyanın Hull Universitetində ali təhsili alıb. O, 2017-ci ildə Serbiyanın baş naziri təyin edilib və 2024-cü ilin martına qədər üç hökumətə rəhbərlik edib, daha sonra Milli Assambleyanın spikeri seçilib.
Xatırladaq ki, Aleksandr Vuçiç 27 sentyabrda prezident vəzifəsindən istefa verərək oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkisində Serb Tərəqqi Partiyasının baş nazirliyə namizədi kimi iştirak etmək qərarına gəlib.








