media-1200x100

Aptekdən pulsuz dərman almaq istəyənlərin NƏZƏRİNƏ

media-ads_728_90

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada – 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üzrə icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub.

“TV1” bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) məlumatında bildirilir.

Qeyd olunur ki, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub:

“Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin 2-ci yarısında başlanılması nəzərdə tutulub. Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Sığorta tərəfindən ödəniləcək məbləğ və vətəndaş tərəfindən ödəniləcək məbləğ”.

media-ads_728_90
Paylaş