Argentinada daşqınlar nəticəsində 10 nəfər həyatını itirib

media-ads_728_90

Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb, 1000-dən çox insan təxliyə edilib.

“TV1” xəbər verir ki, federal hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün 10 milyard peso (9 milyon dollar) ayırmağı vəd edib.

Zərər görən yaşayış məntəqələrinə 300 mm yağıntı düşüb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə əyalət və federal qüvvələri cəlb edilib.

media-ads_728_90
Paylaş