Asan İmzanın fəaliyyəti bərpa edilib? - AÇIQLAMA
“Asan İmzanın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib”.
“TV1” xəbər verir ki, bu barədə “Azercell”dən verilən açıqlamada bildirilir.
“Asan İmza xidmətində bəzi əməliyyatların keçirilməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib” – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gündür ölkədə Asan İmza sistemi ilə bağlı problem yaranmışdı. Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün olmurdu.