Astanada sərnişin PUA-sı sınaqdan keçirilib

media-ads_728_90

Astanada göyərtəsində insan olan EH216-S sərnişin pilotsuz hava gəmisinin nümayiş uçuşu baş tutub.

“TV1”  respublikanın Mülki Aviasiya Komitəsinə istinadən verdiyi məlumata görə, sınaq “Gələcəyin Oyunları – 2026” beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində keçirilib.

Şaquli qalxma və enmə qabiliyyətinə malik elektrik aparatı iki sərnişin üçün nəzərdə tutulub. O, saatda 130 kilometrə qədər sürət yığmaq və 35 kilometrə qədər məsafə qət etmək qabiliyyətinə malikdir.

Birinci mərhələdə Qazaxıstanda müddəti beş dəqiqədən 30 dəqiqəyə qədər olan nümayiş və turizm marşrutlarının işə salınması nəzərdən keçirilir. Gələcəkdə pilotsuz hava gəmilərinin sərnişin daşımaları, dərman çatdırılması, təcili tibbi yardım göstərilməsi, yanğınsöndürmə və logistika sahələrində istifadə edilməsi planlaşdırılır.

Layihə həmçinin Qazaxıstanda sərnişin pilotsuz uçuş aparatlarının istehsalının lokallaşdırılmasını nəzərdə tutur.

media-ads_728_90
Paylaş