Atatürk prospektinin bu kəsişməsi artıq işıqforlarla tənzimlənir

media-ads_728_90

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin (DİN)  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.

Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar  quraşdırılıb. “A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.

media-ads_728_90
Paylaş