Avropa çempionatı: Azərbaycanın U-21 yığmasının seçmə mərhələdəki rəqibləri məlum olub
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
“TV1” xəbər verir ki, bu barədə AFFA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.
2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabr ayına qədər davam edəcək.