media-1200x100

Avropa İttifaqı Gürcüstanda hakimiyyəti dəyişmək cəhdlərini davam etdirir - Boçorişvili

media-ads_728_90

“Avropa İttifaqı Gürcüstanda demokratik yolla seçilmiş hakimiyyəti dəyişmək cəhdlərini davam etdirir”.

“TV1” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Gürcü XİN rəhbəri qeyd edib ki, “Brüsselin bürokratiyası” Gürcüstan hakimiyyətinin nüməndələri ilə danışmır.

O bildirib ki, bu, ölkədə dəyişikliklər etmək üçün bir alət ola bilər.

M.Boçorişvili əmin edir ki, Gürcüstan hökuməti “şantaj və manipulyasiya cəhdlərinə” boyun əyməyəcək.

Bununla belə, gürcüstanlı nazir Avropa İttifaqına üzvlüyün ölkənin milli maraqlarına uyğun olduğunu əlavə edib.

Onun bildirdiyinə görə, buna yalnız dialoq yolu ilə nail olmaq olar.

media-ads_728_90
Paylaş