Avropa İttifaqı qida məhsullarında böcəkdən istifadəyə icazə verib
Avropa İttifaqı ölkələrində qida məhsullarına “Tenebrio molitor” (un böcəyi) həşəratının süfrələrindən hazırlanmış tozun əlavə olunmasına icazə verən reqlament qüvvəyə minib.
“TV1” xarici KİV-lərə istinadən xəbər verir ki, sənəd Avropa Komissiyasının saytında dərc olunub.
Məlumata görə, reqlament yanvar ayında təsdiqlənmişdi. O ilkin olaraq beş il müddətində etibarlı olacaq və müddəti uzadıla bilər.
Qeyd ed ki, un böcəyindən alınan tozdan çörək, bulka, tort, makaron məmulatları, kartoflu məhsullar, pendir və pendirli məhsullar, həmçinin meyvə və tərəvəz kompotlarının istehsalında istifadə olunacaq.