media-1200x100

Avropa Liqası: "Tottenhem" - "Qarabağ" oyunu fransalı hakimlərə tapşırılıb

media-ads_728_90

UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk tur oyununa təyinatlar açıqlanıb.

“TV1” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

VAR hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas (Avstriya) olacaq.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

media-ads_728_90
Paylaş