media-1200x100

Avtobus dərəyə aşıb, 3 nəfər ölüb, 15 yaralı var

media-ads_728_90

İstanbulun Tuzla rayonunda sərnişin avtobusu dərəyə aşıb.

“TV1”-in İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib. Yaralılar xəstəxanaya aparılıb.

media-ads_728_90
Paylaş