Axısqa türklərinin ana vətənləri Gürcüstana qayıtmalarına lazımi dəstəyi verməyə hazırıq-TÜRKİYƏ XİN
Gürcüstanın ərazi bütövlüyünə təhdid təşkil edəcək məsələlərə bağlı mövqeyimiz açıq və qətidir.
“TV1” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.
XİN rəhbəri deyib ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi davam etdirəcək.
“Bugünkü görüşümüzdə Axısqa türkləri barədə də müzakirələr apardıq. Axısqa türkləri 80 il öncə ana vətənlərindən sürgün edilib. Onların ana vətənləri olan Gürcüstana qayıtmaları ilə bağlı lazımi dəstəyi verməyə hazırıq”.