media-1200x100

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə iyul ayı üçün məlumat açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 359 piyada əleyhinə mina, 290 tank əleyhinə mina, 3079 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6905.4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

media-ads_728_90
Paylaş