Azad edilmiş ərazilərdə daha 232 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.
“TV1” xəbər verir ki, bu barədə ANAMA-dan verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 159 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 415 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2 945,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.