media-1200x100

Azad edilmiş ərazilərdə daha 541 mina aşkarlanıb

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə ANAMA-nın verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda noyabr ayında 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bildirilib ki, 4707,4 hektar ərazi minalardan təmizlənib.

media-ads_728_90
Paylaş