media-1200x100

Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

media-ads_728_90

Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

“TV1” xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə olunub.

Bununla da “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına cüdo üzrə lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.

Qeyd edək ki, Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatını qəbul edib.

2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və mundiala ev sahibliyi edəcək.

media-cudo-1

media-ads_728_90
Paylaş