Azərbaycan 3 adda yeni pulemyot istehsal edib
Azərbaycan müdafiə sənayesi kompleksinin istehsal etdiyi üç adda yeni pulemyot Bakıda keçirilən “ADEX” sərgisində nümayişə çıxarılıb.
“TV1” xəbər verir ki, kalibri 14,5 x114 olan AZ 14.5 adlı bu silah yüngül zirehli texnikalara quraşdırılmaqla tətbiq edilir.
Kalibri 12,7×108 olan və yüngül zirehli texnikalara quraşdırılan İPP 12.7 AH 12.7 pulemyotları yüngül zirehli texnikaları məhv etmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.