Azərbaycan elektrik enerjisinin ixracını artırıb
2025-ci ilin yanvar–fevral aylarında Azərbaycanda 4 864,8 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.
“TV1” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşımında məlumat verib.
Məlumatlara əsasən, hesabat dövründə elektrik enerjisinin ixracı 301,5 mln. kVt-saat, idxalı isə 19,5 mln. kVt-saat olub.
“Bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib”, – deyə paylaşımda qeyd olunub.
İllik müqayisədə hesabat dövründə elektrik enerjisiin istehsalı 3,8%, ixracı 36% artıb, idxalı isə 40% azalıb.