Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
Azərbaycanın idman gimnastı Nazənin Teymurova Macarıstanın Sombatxey şəhərində keçirilən “Challenge” seriyasına aid FIG Dünya Kubokunda finala yüksəlib.
“TV1” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma üzvü dayaqlı tullanma proqramı üzrə həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, ötən gün start götürən Dünya Kubokuna oktyabrın 6-da yekun vurulacaq.