media-1200x100

Azərbaycan ilk dəfə basketbol üzrə Dünya Kubokunun seçmə oyunlarına ev sahibliyi edəcək

media-ads_728_90

Azərbaycan ilk dəfə 3×3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək.

“TV1” xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, ABF və Beynəlxalq Basketbol Federasiyası (FIBA) arasında imzalanmış müqaviləyə əsasən, 2025-ci ildən təşkil olunacaq seçmə mərhələ matçları ölkəmizdə keçiriləcək.

Mayın 24-25-də Bakıda baş tutacaq seçmə mərhələ oyunlarında 6 kişi və 6 qadın yığması əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.

Turnirdə kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları da iştirak edəcək.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 kollektivi Dünya Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaq.

media-ads_728_90
Paylaş