Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

media-ads_728_90

İstanbul Maliyyə Mərkəzi 8-9 oktyabr tarixlərində Beynəlxalq İqtisadi Foruma ev sahibliyi edəcək. İştirakçılar qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və çətinliklər ətrafında müzakirələr aparacaqlar.

“TV1”  xəbər verir ki, Azərbaycan nümayəndə heyəti də Türkiyə Mərkəzi Bankı tərəfindən təşkil edilən İstanbul İqtisadi Forumunda iştirak edəcək.

Forumda müxtəlif ölkələrdən 2 nazir, 16 mərkəzi bank sədri və 8 müavinin iştirak edəcəyi gözlənilir.

İstanbul İqtisadi Forumu qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı müzakirələr üçün nüfuzlu platforma olmağı hədəfləyir. Müzakirələr zamanı irəli sürülən təşəbbüslər beynəlxalq siyasi dialoq və əməkdaşlığı təşviq edəcək.

media-ads_728_90
Paylaş