media-1200x100

Azərbaycan – İsveçrə oyununun hakimləri bəlli olub

media-ads_728_90

Azərbaycan millisinin Avro-2026-nın əsas mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Məlumata görə, matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün birinci hakimi Aslan Qalayev, ikinci hakimi Turekhan Tursumbayev, üçüncü hakimi isə Nurlybek Kalimaganbetov olacaq.

Oyun dekabrın 17-də, Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:00-da başlayacaq.

media-ads_728_90
Paylaş