media-1200x100-50faiz

Azərbaycan Kuboku: Bu gün son yarımfinalçılar bəlli olacaq

media-ads_728_90

Bu gün futbol üzrə Azərbaycan Kubokunda son yarımfinalçılar bəlli olacaq.

“TV1” xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarında “Zirə” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək. Qarşılaşmalar müvafiq olaraq, saat 16:00 və 19:30-da başlayacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

28 fevral

16:00. “Zirə” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.

VAR: Əliyar Ağayev.

VAR köməkçisi: Akif Əmirəli.

Hakim-inspektor: Rəhim Həsənov.

Zirə İdman Kompleksinin stadionu

İlk oyun – 0:1.

19:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.

VAR: Rəvan Həmzəzadə.

VAR köməkçisi: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

“Neftçi Arena”

İlk oyun – 2:0.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” və “Sabah” növbəti mərhələyə vəsiqə qazanıb.

media-ads_728_90
Paylaş