Azərbaycan nefti bahalaşıb

media-ads_728_90

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,33 ABŞ dolları və ya 2,56 faiz artaraq bir barel üçün 93,37 ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,41 dollar və ya 2,74 faiz bahalaşaraq 90,30 dollar olub.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,32 dollar və ya 5,85 faiz artaraq bir barel üçün 60,09 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,32 dollar və ya 2,72 faiz artaraq bir barel üçün 87,60 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

“Trading Economics”in məlumatına əsasən, neftin qiyməti cümə günü bir barel üçün 78 ABŞ dollarını keçərək əvvəlki sessiyadakı artımını davam etdirib. Bildirilib ki, Hörmüz boğazında yenidən gərginliyin artması bazarlarda narahatlıq yaradıb və mühüm dəniz marşrutunun tam açılması ilə bağlı səylərə dair yeni suallar doğurub.

“Məlumatlara görə, Qeşm adası yaxınlığında partlayışların qeydə alınmasından sonra İran boğazda “düşmən hədəfləri” adlandırdığı obyektlərə zərbələr endirib.

İran və Oman arasında boğazın fəaliyyətini tənzimləməsi nəzərdə tutulan razılaşma layihəsinə əsasən, Tehran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidini qadağan etməyi, düşmən hesab edilən ölkələrdən isə keçidə icazə verilməzdən əvvəl kompensasiya ödəmələrini tələb etməyi təklif edir.

İran, həmçinin qaydaları pozan gəmilər üçün yükün dəyərinin 20 faizi həcmində cərimələrin tətbiqini təklif edib və ABŞ-nin dəniz blokadası aradan qaldırılana qədər boğazın yalnız qismən açıq qalacağını bildirib.

Hazırda İran parlamenti kommersiya gəmiçiliyi üçün bazarların gözlədiyindən daha sərt şərtlər nəzərdə tutan bu layihəyə baxır”, – məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş