media-1200x100

Azərbaycan nefti ucuzlaşıb

media-ads_728_90

7 fevralda İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 ABŞ dolları və ya 0,65% azalaraq 76,42 dollar/barel təşkil edib.

“TV1” xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,54 dollar və ya 0,71% ucuzlaşaraq, 75,12 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 dollar və ya 0,84% azalaraq, 59,68 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,5 dollar və ya 0,66% azalaraq, 74,53 dollar/barel təşkil edib.

Fevralın 8-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

media-ads_728_90
Paylaş