Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı enib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.
“TV1” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.53 ABŞ dolları və ya 0.70% azalaraq 75,71 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,24 ABŞ dolları təşkil edib.