media-1200x100

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar davam etdiriləcək

media-ads_728_90

Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

“TV1” xəbər xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər. /azərtac/

media-ads_728_90
Paylaş