Azərbaycan və Ermənistan sülh danışıqlarını müstəqil davam etdirməyə qadirdir - PESKOV
“Həm Azərbaycan, həm Ermənistan sülh danışıqlarını proses yekunlaşana qədər müstəqil davam etdirməyə qadirdir”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərə açıqlamasında bildirib.
“Hər cür mümkün yardım göstərməyə hazır olsaq da, onların müstəqil səylərini alqışlayacağıq”, – deyə o qeyd edib.
D.Peskov Cənubi Qafqazın proqnozlaşdırıla bilən region olaraq Rusiya üçün vacibliyini qeyd edib.
“Əsas odur ki, Cənubi Qafqaz proqnozlaşdırıla bilən region olaraq qalsın və həqiqətən də rifahın hökm sürdüyü əməkdaşlıq ərazisinə çevrilsin”, – deyə o əlavə edib.