Azərbaycan xam nefti xaricə neçəyə satır? - QİYMƏTLƏR
Cari ilin yanvar ayında Azərbaycandan xaricə 3,5 milyon ton miqdarında, 1,9 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatlarında bildirilir.
Məlumatda qeyd olunur ki, bu göstəricilər ötən ilin ilk ayı ilə müqayisədə miqdar ifadəsi ilə 2 milyon ton və ya 2,4 dəfə, dəyər ifadəsi ilə 1 milyard ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 1,5 milyon ton miqdarında, 863 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu dövrdə ən çox neft İtaliyaya satılıb. Bu ölkəyə 1,7 milyon ton miqdarında, 932 milyon ABŞ dolları dəyərində neft ixrac edilib. İxrac edilən neftin bir tonu üçün orta qiyməti 552,6 ABŞ dolları olub.
Ən az və ən ucuz xam neft isə 8,6 min ton miqdarında, 8,2 milyon ABŞ dolları dəyərində Türkiyəyə satılıb. Türkiyəyə ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının bir tonu üçün orta qiyməti 489,4 ABŞ dolları təşkil edib.
Ən bahalı neft satılan ölkə Rumıniya olub. Ötən ay bu ölkəyə 184,5 min ton miqdarında, 105 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Satılan neftin bir tonu üçün orta qiymət 568 ABŞ dolları olub.
Azərbaycandan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilən ölkələr və onun qiymətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir ton üçün orta qiymət (ABŞ dolları) |
İtaliya | 1 687 729.60 | 932 715.48 | 552,6 |
Almaniya | 409 959.01 | 223 278.37 | 544,6 |
Çexiya | 364 669.21 | 202 264.30 | 554,6 |
Xorvatiya | 338 948.76 | 188 199.24 | 555,2 |
Portuqaliya | 215 986.35 | 109 076.82 | 505 |
Rumıniya | 184 525.33 | 104 822.29 | 568 |
Böyük Britaniya | 130 604.90 | 73 435.95 | 562,3 |
Yunanıstan | 94 445.69 | 52 588.25 | 556,8 |
İrlandiya | 25 316.45 | 12 426.28 | 490,8 |
Türkiyə | 8 641.65 | 4 228.79 | 489,4 |