media-1200x100

Azərbaycan yanvarda Avropaya 1 mlrd. kubmetr qaz ixrac edib

media-ads_728_90

Bu ilin yanvar ayında Azərbaycanda 3,9 mlrd. kubmetr qaz hasil edilib, bunun da 2 mlrd. kubmetri ixrac olunub.

“TV1” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Yanvar ayında təxminən Avropaya 1 mlrd. kubmetr, Türkiyəyə 0,7 mlrd. kubmetr, Gürcüstana isə 0,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,5 mlrd. kubmetr qaz nəql edilib”, – deyə paylaşımda qeyd olunur.

Məlumata görə, hesabat dövründə Azərbaycanda neft-kondensat hasilatı 2,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 2 mln. ton olub.

media-ads_728_90
Paylaş