media-1200x100-50faiz

Azərbaycan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq

media-ads_728_90

“Azərbaycan yaxın gələcəkdə Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək”.

“TV1” xəbər verir ki, bunu Pakistanın İnformasiya Naziri Atta Tərar yerli KİV-ə müsahibəsində bildirib.

“Azərbaycan yaxın gələcəkdə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, – deyə A.Tərar qeyd edib.

Pakistanlı nazir həmçinin bildirib ki, Azərbaycan Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərib və ölkəyə 2 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.

Qeyd edək ki, “JF-17 Thunder” Pakistan və Çin tərəfindən birgə hazırlanan yüngül, çoxtəyinatlı reaktiv döyüş təyyarəsidir. Təyyarə təkmühərrikli quruluşa və hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

media-ads_728_90
Paylaş