media-1200x100

Azərbaycanda elektrik enerjisi istehsalının həcmi AÇIQLANDI

media-ads_728_90

Bu ilin yanvar ayında operativ məlumatlara görə, elektrik enerjisi istehsalı 2,493 milyard kVt/saat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kVt/saat, idxalı isə 11,2 milyon kVt/saat olub.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 96,4 mln. kVt·st artımla 268,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib”, – deyə nazir bildirib.

media-ads_728_90
Paylaş