Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

media-ads_728_90

Azərbaycanda qara metallurgiya sənayesinin inkişaf etdirilməsi, idxaldan asılılığın mərhələli şəkildə azaldılması və qara metallurgiya məhsullarının ixrac potensialının gücləndirilməsi hədəflənib.

“TV1”  xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Dövlət Proqramına əsasən, 2030-cu ilədək Qərb Sənaye Parkının fəaliyyətə başlaması və Daşkəsən dəmir filizi yataqları əsasında illik 1 milyon ton İsti Briketlənmiş Dəmir (İBD) istehsalını təmin edəcək xammal bazasının yaradılması planlaşdırılır.

Eyni zamanda, Qərb Sənaye Parkında Pellet və İBD istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində yerli və idxal olunan xammal hesabına illik 2 milyon ton İBD istehsal gücü yaradılacaq. İstehsal olunan İBD-nin bir hissəsinin ölkədaxili metallurgiya müəssisələrində mərhələli şəkildə xammal kimi istifadəsi nəzərdə tutulur.

Eyni zamanda, qara metallurgiya sahəsində yeni yayma zavodlarının və boru istehsalı sahələrinin yaradılmasının, habelə mövcud istehsal güclərinin genişləndirilməsinin dəstəklənməsi hədəflənib.

media-ads_728_90
Paylaş