Azərbaycanda müflisləşmə ilə bağlı təkliflər paketi hazrlanır
“Azərbaycanda müflisləşmə ilə bağı qanunvericilikdə sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazrlanır”.
“TV1” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” İşçi qrupunun iclasında deyib.
O qeyd edib ki, hazırda əsas hədəf müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq səviyyəyə qaldırılmasıdır: “Bununla bağlı, qanunvericilik sahəsində sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazrlanır. Bu, bilavasitə biznesin müflisləşməsi sahəsində inkişafa böyük təkan verəcək”.